“Referendum dövlət rəhbərliyinə olan inam və etibarın votumudur”

“Referendum dövlət rəhbərliyinə olan inam və etibarın votumudur”
SOSİAL
12:32 26.09.2016
1055
"Azərbaycanda on illər ərzində keçirilən bütün seçkilər, eləcə də referendumla bağlı iş prosesləri ən yüksək səviyyədə keçirilir”.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Rusiya Federal Məclisi Şurasının sədr müavini, MDB pralamentlərarası müşahidəçilər missiyasının rəhbəri İlyas Umaxanov deyib.
 
Umaxanovun fikrincə, seçkilərin yüksək səviyyədə keçirildiyini bütün müşahidəçilər qəbul edir: "Artıq bu, ümumi olaraq qəbul edilən bir faktdır. Əsas əhəmiyyətli amillərdən biri də referendumda qoyulan suallardır. Bütün bunlar ölkənin gələcəyini təmin edir, Azərbaycan cəmiyyətinin demokratik inkişafını möhkəmləndirir. Xüsusilə vurğulamaq istərdim ki, insanlar referendumda iştirak etməkdə maraqlıdırlar. Referendum Azərbaycanın mövcud Konstitusiyasına olan əlavə və dəyişikliklərə dəstək olmaqla yanaşı, hazırkı dövlət rəhbərliyinə olan inam və etibarın votumudur. Biz bunu məhz belə qəbul edirik. Vətəndaşların iradələrinin ən yüksək nümayiş forması referendumdur.
 
Xalqın verdiyi qərarın dəyişdirilməsinə heç kimin ixtiyarı yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı ölkəsinin tərəqqisinə, müstəqilliyinə, siyasi, demokratik, iqtisadi islahatlara dəstək göstərəcək”. Umaxanov səsvermə prosesi zamanı vətəndaş fəallığının yüksək olduğunu qeyd edib: "Biz, seçicilərin məntəqələrə gəlib səsvermədə fəallıq göstərmələrindən məmnunuq. Bizim işimiz gözlərimiz önündə olanların legitimliyini təsdiq etməkdir ki, biz bunu hələ məntəqələr açılmamışdan öncə gördük. Məntəqələr önündə böyük insan kütlələri toplaşmışdı. Biz 4-5 məntəqəyə baş çəkdik və hər yerdə kütləvi axının olmasını müşahidə etdik. Kimsə iddia edirsə ki, vətəndaş fəallığı yoxdur, doğru demir. Bu, saman içində iynə axtarmağa bənzəyir. Yerdə qalan isə obyektivlikdir və obyektivlikdən kənara çıxmaq mümkün deyil”. Missiya rəhbəri bildirib ki, yaş senzinin aradan qaldırılması təklifi ilk dəfə postsovet məkanında Azərbaycanda edildi: "Gənclər, yeniyetmələr indi daha erkən yaşlarından siyasətə atılacaq, fəallıq nümayiş etdirəcəklər. Hesab edirəm ki, bu, Rusiya və MDB parlamentlərarası assambleyası üçün də müzakirə mövzusu olmalıdır”.
OXŞAR XƏBƏRLƏR