"Region Gənclərinin İctimai aktivliyinə dəstək” adlı layihə keçirildi.
Layihə Günay Zeynallı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Layihənin əsas məqsədi region gənclərinin fəallığının artırılması və könüllülük prinsipinin təbliğidir. Gədəbəy rayonunda baş tutan layihə 3 günlük təlimlə yekunlaşmışdır. Sonda 60 nəfərdən ibarət olan təlimdə iştirak edən gənclər sertifikatla təltif olunmuşlar.
Layihə Gədəbəy rayon İcra Hakimiyyəti aparatının və Gədəbəy rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyi ilə rayon gəncləri arasında keçirilmişdir.
Təlimin ilk 2 günü Gədəbər rayon İcra Hakimiyyəti binasının konfrans zalında 9-cu sinif şagirdləri ilə, 3-cü gün isə "Slavyanka-1” saylı məktəbdə 10-11-ci sinif şagirdləri arasında keçirilmişdir.
Gənclərin intellektual səviyyəsinin yüksək olması və eyni zamanda, sosial fəaliyyətə olan maraqlarının yüksək səviyyədə olması diqqəti cəlb etmişdir. Bütün bunlar ölkə Prezidenti Cənab İlham Əliyevin uğurla reallaşdırdığı gənclər siyasətinin Gədəbəbəy rayonunda yüksək səviyyədə həyata keçirilməsinin göstəricisidir.