Region gənclərinin intellektual inkişafına dəstək artacaq

Region gənclərinin intellektual inkişafına dəstək artacaq
GƏNCLİK
17:22 21.11.2013
1804

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Region Gənclərinin İntellektual İnkişafına Dəstək” layihəsinin icrasına start verib.

AZXEBER.COM xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.Layihənin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını, komanda şəkilində işləmək bacarığının inkişafını stimullaşdıraraq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.Layihənin vəzifələri isə Azərbaycanın zəngin milli mədəniyyətinin, coğrafiyasının, dilinin və tarixinin gənclər arasında təbliği, intellektual oyunların kütləviliyinin təmin edilməsi və gənclərin aktivliyinin artırılması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin intellektual potensialının inkişaf etdirilməsi və şəxsi qabiliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitin yaradılması, gənclər arasında intellektual oyunların keçirilmə qaydaları haqqında məlumatlandırma işinin aparılması; gənclər arasında intellektual oyunların keçirilməsinin əhəmiyyəti barədə izahların verilməsidir.Layihə Hacıqabul və Şirvan şəhərlərində icra olunacaq. Layihədə yaşı 14-29 yaş arası olan gənclərə iştirak etmək hüquqi veriləcək.Layihə gənclərdə intellektual vərdişlərin yaranmasına bilavasitə yardımçı olacaq. Layihə çərçivəsində fəaliyyətlərin uğurlu həyata keçirilməsi üçün birlik tərəfindən 3 nəfər ixtisas müəllimi (Azərbaycan dili, tarixi və coğrafiyası üzrə), 2 nəfər könüllü gənc və könüllü heyət də fəaliyyətlərə cəlb olunub.1 nəfərdə ekspert cəlb olunacaq ki, bu da layihənin uğurlu keçməsinə və fəaliyyətlərin daha da keyfiyyətli şəkildə qurulmasına şərait yaradacaq.Qeyd edək ki, intellektual oyunlar zamanı gənclərin kütləviliyini saxlamaq üçün şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yaşan gənclərin də iştirak etməsi planlaşdırılmışdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək