“Region mediası bu gün...problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
Konfransı “Regional Medianın İnkşafına Yardım” İctimai Birliyi təşkil edib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə millət vəkili Vahid Əhmədov,”Antenn”teleradio şirkətinin prezidenti Rüstəm Əliyev, media ekspertləri Zeynal Məmmədli və Qulu Məhərrəmli, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, Milli Teleradio Şurasının üzvü Qafar Cəbiyev, “Demokratik Jurnalistlər Liqasının”sədri Yadigar Məmmədli, “Regional Medianin İnkşafına Yardım” ictimai birliyinin baş direktoru Məhsim Məhsimov, elecə də respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən media nümayəndələri iştirak edib.
Konfransın keçirilməsində əsas məqsəd regional medianın mərkəzlə əlaqələrinin möhkəmləndirilməsi, regionda çalışan jurnalistlərin peşəkarlığının artırılması, mövcud problemlərin həlli yollarının araşdırılmasıdır. O cümlədən, regional medianın hazırkı durumu, vətəndaş cəmiyyətinin inkşafında medianın rolu, regional medianın iqtisadi dayaqları və reklam bazarı mövzusunda da fikirlər səslənib.
Etibar