‘Regional Media Kuboku’nun qalibi müəyyənləşdi - FOTOLAR

‘Regional Media Kuboku’nun qalibi müəyyənləşdi - FOTOLAR
MEDİA
13:30 10.05.2012
1893

H.Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan “Regional Media Kuboku”nun qalibi müəyyənləşib.

AZXEBER.COM-a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təsis olunan “Regional Media Kuboku” adlı futbol turniri başa çatıb. Regional Medianın İnkişafına Yardım” (RMİY) Ictimai Birliyi və Regional Televiziyanın təşkil etdiyi futbol turnirinin qalibi “RTV”-nin (Xaçmaz) futbol komandası olub. Yarışda 2-ci yeri “RMİY” İB-i, 3-cü yerin sahibi isə “Kəpəz TV” (Gəncə) olub. Mükafatlandırma mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, AFFA-nın icraiyyə komitəsinin üzvü, Şimal Futbol Federasiyyasının rəhbəri İskəndər Cavadov və ictimaiyyət nümayəndələri iştirak edib. Qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, “Regional Media Kuboku”nda 8 komanda “RTV” (Xaçmaz), “CTV” (Lənkəran), “EL TV” (Yevlax), “Kanal S” (Şəki), “Türkel TV” (Tovuz), “Kəpəz”, “Region TV” MMC (Bakı) və “RMİY” İB-nin komandaları mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğ olunması, Onun Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, regional media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaq, eyni zamanda, son illərdə ölkəmizdə inkişaf etməkdə olan idman növlərindən biri olan futbolun kütləviləşdirilməsinə, bu idman növünə marağın daha da artırılmasına xidmət göstərməkdir. Turnirin hər il H.Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR