İstanbulda yeni il gecəsini qana boyayaraq 39 nəfərin ölümünə, 71 nəfərin isə yaralanmasına səbəb olan Reina terrorçusu Abdulkadir Maşaripovla birlikdə 3-ü qadın olmaqla daha 4 nəfər yaxalanıb.
16 günlük təqibdən sonra yaxalanan terrorçunun yanında 4 yaşında oğlu da olub. Terrorçu saxlandığı evə 3 gün əvvəl gəlib.
Özbək əsilli Abdulkadir Maşaripovun yaxalanması üçün indiyədək polis 50-dək ünvana basqın düzənləyib.
Basqınlarda 35 şübhəli yaxalansa da, Reina terrorçusu yaxalanmamışdı. Maşaripovun həyat yoldaşı isə yaşyarımlıq qızı ilə birlikdə yanvarın 12-də Maltəpədə həyata keçirilən əməliyyat zamanı yaxalanmışdı.
Əməliyyatla bağlı rəsmi açıqlama yerli vaxtla 10:30-da İstanbul valisi Vasip Şahin və polis rəisi Mustafa Çalışkan tərəfindən veriləcək.
///Lent.az