Ucar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yuxarı Şilyan kəndi ərazisində Babək Lətifov "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu həmin kəndin ərazisindən keçən Şorsu kanalına aşırıb. Nəticədə sərnişin Rəfayel İsayev hadisə yerində ölüb, xəsarət almış sürücü isə xəstəxanya yerləşdirilib, vəziyyəti orta-ağırdır.