'Rejimlərə beynəlxalq təzyiqlərin artması onların da öz xalqlarına təzyiqi artırmalarına səbəb olur'

Bütün Xəbərlər
17:35 26.04.2012
902
“Avroviziya” mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanda insan haqları barədə daha çox debatlara səbəb olur. Belə yarışmaya qatılanlar Avropa deputatlarını da hökumətlərə daha çox təsir göstərməyə sövq edir”. Avropa Parlamentinin prezidenti Martin Şults “Azadlıq” radiosunun Brüssel müxbirinin suallarını cavablandırarkən belə deyib. Avropa Parlamentinin prezidenti qeyd edib ki, Azərbaycan kimi ölkələrə beynəlxalq təzyiqlər son dərəcə ehtiyatla edilməlidir: “Mən 18 ildir Avropa Parlamentinin deputatıyam. Təcrübəm əsasında deyə bilərəm ki, həddən artıq avtoritar, diktatura rejimlərində insanların gündəlik həyatını yüngülləşdirmək üçün son dərəcə ehtiyatlı olmaq lazımdır. Həmişə münasib vaxtı gözləmək lazımdır. Bu vaxt nəzərə alınmasa, həmin ölkələrdə insanlar daha artıq təzyiqlərə məruz qala bilərlər. Adətən rejimlərə beynəlxalq təzyiqlərin artması onların da öz xalqlarına təzyiqi artırmalarına səbəb olur. Daha çox iztirablara bais olmamaq üçün ehtiyatlı olmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR