Çörək istehsalı qadağan edildi - FOTOLAR

Çörək istehsalı qadağan edildi - FOTOLAR
Bütün Xəbərlər
17:03 31.10.2012
932
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 165/c ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsgər Nəcəfova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan buğda unundan çörək məhsuluna müəyyən edilmiş qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan müəssisə fəaliyyət göstərir, istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, xammalların və hazır məhsulların saxlandığı anbar mövcud sanitar normalara cavab vermir. Bundan başqa müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün hər hansı laboratoriya ilə müqavilə bağlanmayıb. Faktla bağlı inzibati protokol tərtib edilmiş, müəssisə rəhbəri cərimələnib.Əsgər Nəcəfova məxsus müəssisədə buğda unundan çörək istehsalı və satışı qadağan edilib.
Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rahilə Hacıyevaya məxsus müəssisədə də dövlət nəzarəti tədbirləri həyata keçirilib. İstehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərir, istifadə olunan xammalların sertifikatları yoxdur, məhsulların istehsalında istismar olunan ölçmə vasitələri ГОСТ 8.513-84 standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanununun 11.1-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş istifadə edildiyi bəlli olub. Həmçinin müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilib, Rahilə Hacıyevanın rəhbərlik etdiyi sexdə dairəvi çörəyin istehsalı və satışı qadağan edilib.
Sumqayıt şəhəri, 7,8, 12-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan məhsulun müəyyən edilmiş qaydada təsdiq edilmiş texnoloji prosesi reqlamentləşdirən texnooji təlimatı və resepturası yoxdur,sanitar norma və qaydalara riayət edilmədən məhsul istehsal edilir. Bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib
Şamaxı şəhəri, 41-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyil, xammalların saxlanması üçün şərait mövcud deyil.
Şamaxı şəhəri, “Bənövşə” restoranının yanında fəaliyyət göstərən fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə çörək istehsalı yoxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan çörəyin uyğunluq sertifikatı yoxdur, istehsal şəraiti sanitar norma və qaydalara uyğun deyil, xammalların saxlanması üçün şərait mövcud deyil.
Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Ziya Əliyevə məxsus sexdə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, məhsulun istehsalı zamanı istehsal prosesində istifadə olunan xammalların (unun, duzun, mayanın və yağın) gigiyenik və uyğunluq sertifikatları yoxdur, un istehsal sahəsində saxlanılır, hazır məhsul stellajlara yığılmır və üstü natəmiz polietilen parça ilə örtülür.
Daha bir yoxlama Lənkəran şəhəri, 46-cı məhəllə ünvanında fiziki şəxs statusu ilə fəaliyyət göstərən Hikmət Hüseynova məxsus çörəkbişirmə sexində aparılıb. Burada çörək sertifikatlaşdırılmadan istehsal olunur, məhsulun istehsalı üçün texnoloji təlimat və reseptura yoxdur, məhsulların sınaqları0 aparılmır, anbarda xammalların saxlanma rejiminə əməl olunmur.
Yuxarıda qeyd edilən faktlarla bağlı olaraq protokollar tərtib edilib və açışəkilən şəxslərə çörəyin istehsalı və satışı qadağan ediliib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib