Çörək sexi yandı, insanlar evakuasiya olundu

Çörək sexi yandı, insanlar evakuasiya olundu
Bütün Xəbərlər
14:20 26.01.2012
1172
Bu gün saat 11.20 radələrində Lənkəran şəhərinin mərkəzi bazar hissəsində yerləşən çörək sexində güclü yanğın baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, alovun söndürülməsi üçün hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib. Çörək sexinin işçiləri və ətraf ərazidəkilər evakasiya olunub. Qeyd edək ki, çörək sexi avtobus dayanacağına yaxın olduğundan nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Bir saat ərzində yanğının qarşısı tam alınıb. Hadisə nəticəsində çörək sexinin 30 kv ərazisi yanıb. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb 6 tonluq mazut çənində mazutun yerə sızması səbəb olub.
OXŞAR XƏBƏRLƏR