Rekord cəhdi zamanı qorxunc ölüm

Rekord cəhdi zamanı qorxunc ölüm
Bütün Xəbərlər
11:50 07.03.2012
2186

Kolumbiyada rekord cəhdi zamanı ölümlə nəticələnən hadisə yaşanıb.

AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 24 yaşlı gənc rekord qırmaq istəyərkən həyatını itirib. Beləki, Basnayake adlı gənc 09:30-dan 16:00 kimi torpağın altında qalıb. Dostlarının köməyi ilə torpağa basdırılan Basnayakenin 7 saatdan sonra cəsədi torpağın altından çıxardılıb.

Dostlarının və ailəsinin ifadəsinə görə, 24 yaşlı gənc bundan öncə də 2saat yarım və 6 saat olmaqla iki dəfə torpağın altına girib.

Həkimlər isə, Basnayakenin torpağın altında huşunu itirdiyi üçün öldüyünü açıqlayıblar.

Qeyd edək ki, torpaq altında ən uzun müddət qalmaqla bağlı hələlik heç bir dünya rekordçusu qeydiyyata düşməyib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR