Perunun paytaxtı Limada beşinci beynəlxalq Peru barabanı festivalı çərçivəsində Ginnes rekordunu təzələmək cəhdi edilib.
Eyni vaxtda 1400 adam Perunun milli musiqi aləti olan kaxon, yəni Peru barabanı çalıb. Rekord iştirakçıları arasında Çili, Venesuela, Meksika, Kuba və Braziliyadan gəlmiş musiqiçilər də olub. Aksiyanın məqsədi üç il əvvəl elə həmin yerdə qeydə alınmış rekordu yeniləmək olub. Qeyd edək ki, bundan əvvəlki rekordda 1050 nəfərlə kaxon alətində ifa edilmişdi.(anspress)











































