"REKORD.AZ"-ın 1 yaşı tamam oldu

İDMAN
12:15 14.12.2011
2438
Bu gün "Rekord.az" idman-xəbər saytının 1 yaşı tamam olur. AZXEBER.COM-un məlumatına görə, bu haqda saytda yazılıb: "Bu müddət ərzində oxucularımıza var gücümüzlə xidmət etmək, onların istəklərini nəzərə alaraq bir sıra maraqlı, yenilik sayıla biləcək işlər etdik. Təkcə futbol deyil, həm də bütün idman növlərinə lazımi diqqət ayırmağa çalışdıq. Sadəcə quru xəbərlər deyil, idmanın şou, istirahət, əyləncə tərəfini də ortaya qoymağa, oxucularımızın zövqünü oxşamağı qarşımıza məqsəd qoyduq və az da olsa buna nail olduq.Hələ ki, yolun başlanğıcındayıq. Bu bir il ərzində gördüyümüz işləri təməlqoymaya da bənzədə bilərik. Vaxt ötdükcə daha da möhkəmlənəcək və bu təməl üzərində daha böyük işlər görməyə çalışacağıq. Təbii ki, siz oxucuların dəstəyi ilə. Saytımıza etimad göstərərək hər gün bizi ziyarət etdiyinizə, şərh, arzu və tövsiyələrinizlə dəstək olduğunuza görə sizə təşəkkür edirik. Əmin ola bilərsiz ki, "Rekord.az" daha yaxşı və daha güclü bir sayt olacaq" 

OXŞAR XƏBƏRLƏR