Son günlər Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət əməlləri barədə mətbuatda silsilə materiallar dərc edilməkdədir. Redaksiyamıza şikayət edənlər arasında Şirvanova Tavat Bayram qızı da var. Tavat Şirvanovanın redaksiyamıza göndərdiyi ərizəyə əlavə olaraq, Elşad Abdullayevin qeyri-qanuni tələbə qəbulu, habelə müxtəlif bəhanələrlə tələbələrdən yığdığı külli miqdarda vəsaitlər, Elşad Abdullayevin şəxsi kabinetindən götürülmüş qeyd vərəqələri öz əksini tapıb. Tavat Şirvanovanın ərizəsini və həmin sənədləri sizlərə təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları
ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova
Surəti: Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova
Surəti: Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova
Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi, ev 11-də yaşayan, Şirvanova Tavat Bayram qızı tərəfdən
Tel (012 569-27-17 – ev, 055 210-04-96 - mob)
ƏRİZƏ
Siz – biz vətəndaşların hüquqlarını qoruyan şəxslərsiz. Buna görə də, Sizə müraciət edərək bildirirəm ki, mən 1997-ci ildə Azərbaycan Beynəlxalq Universitetində (o zaman adı San-Marino Universiteti idi) işə düzəldim. Evimizin yaxınlığında olduğuna görə və həmin universitet təzə açıldlğından mən işə düzəlmək məqsədi ilə rector Elşad Abdullayevin qəbuluna getdim. Və işə qəbul olunmağımı xahiş etdim. O, mənə bildirdi ki, “səni bir şərtlə işə götürərəm ki, burada mənə kömək edəsən və universitetdə təhsil almaq istəyən tələbələri təhsil ocağına cəlb edək. Mən o zamanlar çox gənc idim. Elşad Abdullayevin şirin vədlərinə inandım. O, mənə hətta bu universitetin tələbəsi olacağımı da vəd etdi. Beləliklə də, rektor Elşad Abdullayev məni də öz çirkin əməlllərinə cəlb etdi. Kim məndən qəbul şərtlərini soruşurdusa, onu rektor Elşad Abdullayevin yanına aparırdım. Beləliklə, yüzlərlə tələbənin pulunu yığıb ona verirdim. Əlimdə bu sözlərimi təsdiq edən hüquqi sənədlər olmasa da, Elşad Abdullayevin imzası olan kağızlar var. Bu uşaqların böyük əksəriyyəti oğlanlar idi. Onlara hərbi xidmətdən azad olma haqqında saxta “Forma 10” tipli arayışlar verirdik ki, onlardan da bir neçə nüsxəsi hələ də məndə durur. Lakin həmin arayışı heç bir rayon hərbi komissarlığı qəbul etmədi. Beləliklə, hər gün evimizə hücumlar başladı. Mən çox qorxuya düşdüm, Elşadın qəbulunə gedib əhvalatı ona danışdım. Elşad məni sakitləşdirib deyirdi ki, mən evimizə gələnlərlə dil tapıb onları sakitləşdirim. Mən onlara qaytaracağım pulum olmadığını bildirəndə, “get evini sat” deyib, kabinetindən qovdu. Bir neçə dəfə qəbuluna gəlib uşaqların pulunu qaytarmasa, şikayət edəcəyimi bildirəndə, Elşad Abdullayev qardaşlarının və kürəkəni Sədrəddinin əli ilə məni ölümlə hədələdi və ailəmi də məhv edəcəklərini bildirdi. Bu gün bu ifadəm gülməli gəlsə də, Elşad Abdullayev o dövrlərdə həqiqətən də “at oynadırdı”. Neçə adamı döydürüb şıkəst etmiş, neçə nəfərin üstünə silah çəkmişdi. Bunları bildiyimə görə, çox qorxurdum. Evdə ailəmiz də çox narahat idi. Şikayətçilər hər gün çoxalırdı, evdə oturmaq mümkün deyildi. Məcbur olub evimizi “ƏmrahBank”a girov qoyub borcları ödəməyə başladım. Evimizin pulu borcu ödəmədiyindən, məcbur olub xalamın evini də ”StandardBank”a girov qoydum. Demək olar ki, tamamilə müflis olduğumuzdan bankların faizini ödəyə bilmədik və evdən çıxarıldıq. Küçələrdə qaldıq. Bu gündə kirayədə yaşayırıq. Ailəm böyükdür. Doqquz nəfərik, yarı qarnı ac, yarı qarnı tox yaşayırıq. Atam ağır xəstədir, anamın əsəbdən ayaqları tutulub. Elşad Abdullayev məni və ailəmi bədbəxt elədi. 300.000 (üç yüz min) ABŞ dollar məbləğində borcun içində batıb qaldım. Əslində o pullar Elşadın cibinə axdı.
Mən Sizdən ilk növbədə təhlükəsizliyimin təminatını xahiş edirəm. Hələ də canımda o insanın qorxu xofu var. Özü burada olmasa da, hər an hər hansısa bir bəbəxt hadisənin bizə qarşı baş verməsini ondan və onun əlaltılarından gözləyirik. Onsuz da mənim kimi yüzlərlə belə bədbəxt insane var ki, küçələrdə qalıb. Elşadın etdiyi cinayətlərin cəzasını günahsız insanlar çəkir. Mən tanıdığım neçə insan intihar edib, neçəsi isə həbsdədir. Neçəsi döyülüb şikəst olub və qorxudan səsini belə çıxartmırlar. Neçəsi başını götürüb Azərbaycandan qaçıb. Amma Elşad Abdullayev bu gün Fransada kef edir. Ümidim ancaq Sizlərədir. Elşad Abdullayev çox zəngindir. Xalqın pulunu öz pulu kimi mənimsəyib, bağlar, mağazalar, yüksək mərtəbələli evlər, saysız-hesabsız dükanlar, düşərgələr, başqa şəhərlərdə ticarət obyektləri və s. tikdirib.
Bu ləyaqətsiz insane nə qədər azadlıqda gəzib bizi gözü yaşlı qoyacaq?! Bu bandit o qədər ağlar gözlər qoyub ki! O, bunun qarşısında mütləq cavab verməlidir. Allah xatirinə mənə kömək edin. Evsiz-eşiksiz qalan, borcun içində batan, faiz verən ailəyə kömək etmənizi Sizdən xahiş edirəm və inanıram ki, Elşad Abdullayev Azərbaycana gətiriləcək. O, qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq.
Tavat Şirvanova
25.09.2012
Qoşma: Əlimdə olan sənədlərin surətihttps://www.azxeber.com/scripts/icons/btnTable.gif