AZXEBER.COM xəbər verir ki, bununla bağlı universitetin rektoru Nurəli Yusifbəyli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəfər Xanış oğlu Əsədov Sumqayıt Dövlət Universitetinin rektorunun Maliyyə və təsərrüfat məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Cəfər Əsədov 2001-ci ildən 3 aprel 2026-cı il tarixinədək ABB ASC-də filial müdirinin müavini və filial müdiri vəzifələrində çalışıb. O, International Financial Training Academy tərəfindən təşkil olunan təlim proqramını uğurla başa vuraraq sertifikata layiq görülüb.











































