Azərbaycanda toy mövsümünün pik həddə çatması fonunda qızıl bazarında ciddi canlanma və bahalaşma müşahidə olunur. Məhərrəm ayının iyunun 16-da başlaması və Aşura gününün iyunun 25-nə təsadüf etməsi səbəbindən ailələr xeyir işlərini bu tarixdən əvvəl çatdırmağa çalışırlar. Toy və nişan mərasimlərinin qısa müddətə sıxlaşması qızıl-zinət əşyalarına olan tələbatı kəskin artırıb, bu da daxili bazarda qiymətlərin yuxarı doğru dəyişməsinə təkan verib.
AZXEBER.COM bildirir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda qızılın qiyməti yalnız daxili bazardakı tələb və təkliflə müəyyənləşmir:
Hazırda paytaxtın qızıl mərkəzlərində həm yerli, həm də idxal olunan zinət əşyalarının qramında artım var. Alıcı sıxlığı fonunda satıcılar da qiymət artımını xarici birjalardakı bahalaşma və qısamüddətli yüksək tələbatla əlaqələndirirlər. Məhərrəmlik ayı başladıqdan sonra bazarda müvəqqəti durğunluq yaransa bəli, qlobal trendlər yüksək qaldığı müddətcə qızılın kəskin ucuzlaşması gözlənilmir.
Qısası, Məhərrəm ayı qabağı toy etmək istəyənlər qızıl bazarına axışdığı üçün qiymətlər bahalaşıb, lakin əsas səbəb dünyada qızılın qiymətinin artmasıdır.











































