Toya hazırlaşanların diqqətinə

Toya hazırlaşanların diqqətinə
SOSİAL
21:48 03.06.2026
918
Azərbaycanda toy mövsümünün pik həddə çatması fonunda qızıl bazarında ciddi canlanma və bahalaşma müşahidə olunur. Məhərrəm ayının iyunun 16-da başlaması və Aşura gününün iyunun 25-nə təsadüf etməsi səbəbindən ailələr xeyir işlərini bu tarixdən əvvəl çatdırmağa çalışırlar. Toy və nişan mərasimlərinin qısa müddətə sıxlaşması qızıl-zinət əşyalarına olan tələbatı kəskin artırıb, bu da daxili bazarda qiymətlərin yuxarı doğru dəyişməsinə təkan verib.

Lakin yerli bazardakı bahalaşma təkcə daxili amillərlə məhdudlaşmır. Dünyada gedən qlobal iqtisadi proseslər və xammal birjalarındakı dalğalanmalar da Azərbaycandakı qiymət siyasətinə birbaşa təsir göstərir.

AZXEBER.COM bildirir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda qızılın qiyməti yalnız daxili bazardakı tələb və təkliflə müəyyənləşmir:

"Burada əsas amil dünya bazarlarında qızılın bir unsiyasının qiymətidir. Beynəlxalq birjalarda qiymətlər necə dəyişirsə, bu, birbaşa Azərbaycan bazarına da təsir edir. Hazırda dünya bazarında qızılın qiyməti yüksək səviyyədə qalır və bu da ölkə daxilində qiymətlərin artmasına səbəb olur. Əlbəttə, müəyyən dövrlərdə tələbin artması da qiymətlərə təsir göstərir. Xüsusilə toy mövsümü, bayram günləri və ya insanların qızıla yatırım vasitəsi kimi marağının yüksəlməsi bazarda bahalaşmanı sürətləndirə bilər. Amma ümumi olaraq qiymətin formalaşmasında əsas istiqaməti yenə də xarici bazarlar müəyyən edir. Bundan əlavə, qlobal iqtisadi proseslər, inflyasiya riskləri, geosiyasi gərginliklər və dolların məzənnəsindəki dəyişikliklər də qızılın dünya bazarındakı qiymətinə təsir edən əsas faktorlar sırasındadır. Bu səbəbdən beynəlxalq bazarda baş verən hər bir dəyişiklik qısa müddətdə Azərbaycan bazarında da özünü göstərir”.

Hazırda paytaxtın qızıl mərkəzlərində həm yerli, həm də idxal olunan zinət əşyalarının qramında artım var. Alıcı sıxlığı fonunda satıcılar da qiymət artımını xarici birjalardakı bahalaşma və qısamüddətli yüksək tələbatla əlaqələndirirlər. Məhərrəmlik ayı başladıqdan sonra bazarda müvəqqəti durğunluq yaransa bəli, qlobal trendlər yüksək qaldığı müddətcə qızılın kəskin ucuzlaşması gözlənilmir.

Qısası, Məhərrəm ayı qabağı toy etmək istəyənlər qızıl bazarına axışdığı üçün qiymətlər bahalaşıb, lakin əsas səbəb dünyada qızılın qiymətinin artmasıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb