Sabirabadda qəza: 10 yaşlı uşağı maşın vuraraq öldürdü

Sabirabadda qəza: 10 yaşlı uşağı maşın vuraraq öldürdü
SOSİAL
21:19 03.06.2026
120
Sabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə 17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.

Belə ki, "VAZ-2107” markalı avtomobil 2016-ci il təvəllüdlü Məmmədli Hüseyn Sarvan oğlunu vurub.

Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR