"Space" telekanalındakı "Olduğu kimi" verilişində gitaraçıRəmişmüğənniləri bərk tənqid edib."Çoxları restoranlarda oxuyur, sonra da "konsert verdim" deyirlər. Əslində isə onlar əylənməyə və müsiqidən həzz almağa gələn, məhz bunun üçün pul ödəyən adamların qarşısında oxuyurlar. Mən isə filarmoniyada konsert verəndə tamaşaçılar şüşələri qırırdılar. Hətta maestro Niyazi də deyirdi: "Səndən sonra hər şeyi təmir etməli oluruq".Yerli müğənnilərin yaxşı və ya pis olmalarının mənimçün fərqi yoxdur - səslərini eşidən kimi televizoru söndürürəm", - Rəmiş deyib.AZXEBER.COM-un Day.Az-a istinadən bildirir ki, tanınmış gitaraçının fikrincə, yerli şou-biznesdə mənliyini 5 qəpiyə satanlar var."Onlar əsasən cavan qızlardır və hətta adları da yadımda deyil. Bu qızların istedadı olmasa da, müğənni olmaq istəyirlər. Belələrinin işi-gücü səhnədə lütlənməkdir. Qoy başqa işlə məşğul olsunlar, pul qazanmağın başqa yolunu tapsınlar", - müğənni deyib.