‘Rəngli dünyanın sakinləri’ Bakıda bir araya toplaşdı - FOTOLAR

GƏNCLİK
13:46 11.03.2014
1926

Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqəsində Qasımov Əzizağa tərəfindən qalib olmuş “Rəngli dünyanın sakinləri” peşəkar fototəlim layihəsinin açılış mərasimi 10 mart 2014-cü il tarixlərində paytaxt Bakıda baş tutub.

AZXEBER.COM-un məlumatına görə, layihənin əsas məqsədi “Rəngli dunyanın sakinləri” adı altında yaradıcı gəncləri bir araya toplamaq və fotoqrafiya sahəsində peşəakar təlimlər keçməkdir. Azərbaycanda daha öncələrdə müxtəlif bölgə, şəhər və rayonlarda o cümlədən paytaxtda müasir fotoqrafiyaya aid yaradıcı layihələr keçirilmişdir. Lakin bu layihənin fərqliliyi və özəlliyi ondan ibarətdir ki, layihə iştirakçıları paytaxtın müxtəlif universitet və məktəblərindən olan yeniyetmə və gənclərə peşəkar fotoqrafları tərfindən “master klass” təlimləri keçirilməklə bərabər tarixi abidələri çəkmə və daha sonra təşkil olunacaq sərgidə nümayiş etdirmə imkanı qazandırmaqdır. Layihədə sağlam gənclərlə bərabər sağlamlığı məhdud olan yeniyetmə və gənclərədə yer ayrılmış və onların inkiluziv təhsilinə dəstək olunmuşdur. Layihə 4 gün müddətində Azərbaycanın gənc peşəkar fotoqraf və təlimçisi Fuad Əsgərov tərəfindən keçiriləcəkdir.Qeyd edək ki, layihədə 50 yaxın gənc iştirak edir.

OXŞAR XƏBƏRLƏR