Rəngli talelər: Cəsurlar, çəkingənlər…

Rəngli talelər: Cəsurlar, çəkingənlər…
SOSİAL
14:31 14.07.2025
475
Həyatda hansı insanın-ehkamlara boyun əyən, çox zaman haqqını qoruya bilməyən, çəkingənin, yoxsa, ilk baxışdan sözeşitməz, inadının arxasınca gedərək, bəzən qazanan, bəzən də iflas edən cəsarətlinin yolu daha doğrudur? İnsan bir çox hallarda bu iki yoldan birini seçmək məcburiyyəti ilə üzləşir. Bu seçimi ona yüksəlişi, amallarının gerçəkləşməsi məmnunluğunu da yaşada bilər, ömür boyu daşlı-kəsəkli yollar və arzularına çatmamağın məzəmmətini də.  Bəzən insan özünü tanımır, atdığı addımların onu hara aparacağını hiss edə bilmir. Ya reallığı düzgün dərk etmir, yadaki dərk edəndə artıq gec olur, geriyə dönüş olmur. Çünki həyat ikitərəfli yox, sadəcə birtərəfli yoldur. 

Bəs hansı yolu seçməli? Belə dilemmalarda həyat hekayələri insana yardımçı ola bilər. Doğru-düzgün, bəzəksiz-düzəksiz, olduğu kimi göstərilən, gerçək həyat hekayələri... Unutmayaq ki, dünya fırlandıqca dünyadakılar da fırlanır. Yəni hər şeyin təkrar olunması ehtimalı var. Amma baxır necə!? Ən önəmlisi, təkrar olunan və ya olunacaq, qismət dediyimiz alın yazısının sənə uyğun istiqamətlənməsinə düzən vermək bacarığıdır. 

Fəlsəfə doktoru, əməkdar jurnalist Natiq Abdullayevin oxuculara yeni təqdim olunan "RƏNGLİ TALELƏR. CƏSURLAR. ÇƏKİNGƏNLƏR…  adlı kitabında bu mövzulara geniş yer verilir. Kitabda təsvir olunan iki fərqli dövrün ibrət götürülməli olan həyat hekayələri tarixdən, olmuş hadisələrdən qaynaqlanır. Qəhrəmanların yaşadıqlarını gördükcə düşünürsən ki, kaş o, bu qədər cəsarətli, inadkar olmazdı. Yaxud əksinə, kaş ki cəsarəti çatıb etiraz etməyi bacaraydı, qətiyyətli olub sevgisini və həyatını daim özünüməzəmmət girdabından xilas edə biləydi.

Müəllifin "Everest nəşriyyatı" tərəfindən müasir tərtibatda nəfis şəkildə çap olunan kitabının maraq doğuran özəlliyi həm də ondadır ki, iki min il əvvəlki dövrlə, 20-ci əsr insanının yaşadıqlarını paralel görə bilirsən. İnsan övladının öz içinin səsini eşitməkdə təkamülə, yoxsa deformasiyaya məruz qaldığını, fərdlərin haradan hara gəldiyini aydın şəkildə göz önündə canlandırırsan. Miladın əvvəllərində İsa Məsihin həvarilərindən birinin taleyinin təsviri müasir insanın həyat hekayəsinə qarışaraq vahid süjet xətti kimi davam edir.  Şübhəsiz ki, qərar vermək baxımından önəmli olan bu məqamlar eyni hissləri yaşayarkən seçim etmək üçün gözəl örnəkdir. Amma kitabda bütləşdirilən qəhrəman yaradılmadığından istənilən halda seçim yenə də insanın öz ixtiyarına buraxılır. Olduqca fərqli, təzadlar, istək və amallarla dolu çoxlu talelər var kitabda... 

Daha çox seçilən xəttlərdən biri rayondan Azərbaycan paytaxtına üz tutan gəncin yaşadıqlarıdır. Həmin gəncin hekayəsi bir vaxtlar Bakıya gələn, tarixdə böyük iz qoymuş, seçilən bir insanın məzarının tapılması  ilə davam edən  hadisələrin üzərindən təqdim olunur. Bəs, təxminən iki min il əvvəl yaşayanlardan fərqli olaraq müasir insan düzgün qərar verə bilirmi?

 Kitabda həmişə özünü haqlı sayanların əməllərinə kənardan baxmaq maraqlı görünür.  Analoji vəziyyətlə üzləşən insana öz fərqli, bəlkə də elə düz olan baxışına sahib çıxmaq üçün açıq bir ipucu verilir. Bir sözlə, kitab çox maraqlıdır, oxumağa dəyər. Çünki burada həm tarix, aydın, həm də rəngləri qarışmış insan taleləri var.

Xatırladaq ki, "RƏNGLİ TALELƏR. CƏSURLAR. ÇƏKİNGƏNLƏR… Natiq Abdullayevin "BÖYÜK YALAN " romanından sonra ikinci kitabıdır.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
21:11 29.10.2026
Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
21:04 29.10.2026
Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb, ölənlər var
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
20:56 29.10.2026
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı artdı
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
20:49 29.10.2026
Sibiha: Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
20:44 29.10.2026
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
20:36 29.10.2026
Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
20:33 29.10.2026
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
20:29 29.10.2026
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - Rəsmi
20:23 29.10.2026
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - Rəsmi