"Mən özümü gözəl saymıram, amma cazibədarlıq var" - MÜSAHİBƏ

"Mən özümü gözəl saymıram, amma cazibədarlıq var" - MÜSAHİBƏ
MAQAZİN
18:03 07.06.2017
13411

 

AZXEBER.COM-un müsahibi tanınmış rəqqasə Rəna Ağamuradovadır.


- Son günlər tez-tez xarici ölkələr gedirsiz...

- Həyatımda ilk dəfə idi ki, Dubaya getdim. İnsanlar da maşallah həmin dəqiqə pis şeylər fikirləşdilər. Həyatda arzum olub ki, Dubaya və Parisə istirahətə gedim. Dubaya getdim, Parisə getməmişəm. Rəfiqəm deyir ki, Paris darıxıdırıcı şəhərdi. Mütləq ora sevgilinlə getməlisən. Duabydan sonra Türkiyəyə getdim. Orada da məşhur rəqqasə Didəmlə görüşdük.”

- Bəzi məşhurlar kimi sizdə "səhnə adı” ilə fəalliyyətə başladız...

- Mənim adım Rənadır. Uşaq vaxtından elə hamı mənə Renka deyirdi. İndi kimsə Rəna deyəndə, qəribə oluram.

- Uzun müddətdir sizin ilanla rəqsinizi görmürük. Bu nə ilə bağlıdır? Axı siz ilanla məşhurlaşmısız...

- Əslində ilanla oynamaq əziyyətdir. İlanın ağırlığı 10 kq-dır. Amma yenə də ilanla rəqsimizi olacaq. İlanlardan çox qorxuram. Birinci dəfə boynuma sarı ilan qoydular. O zaman qorxudan əsirdim. Hələ ilanın qəribə səsini eşidəndə lap qorxdum. Sonradan öyrəşsəm də həmişə ehtiyatımı saxlamışam.”

- Ümumiyətlə heyvanları sevən birisiz?

- Heyvanları çox sevirəm ancaq baxmağı sevmirəm. Bacım heyvanlara çox baxır. Evdə balaca itim var. Bacım soruşanda ki, iti yedizdirdimisən? Deyirəm yox (gülür).

- İncəsənətə gec gəldiz amma çox tez zamanda populyarlaşdız. Bunu nə ilə əlaqələndirirsiz?

- Rəqqasəliyə bir az gec başladım. Deməli qismət bu günə idi. Mən həmişə arzularımın arxasıca gedən insan olmuşam. Uşaqlıqdan arzum idi ki, rəqqasə olum. Sonunda tanınmış rəqqasə ola bildim.

- Bəs bu müddətə qədər qarşınızda sədd kimi dayanan nə idi?

- Həm ailəli idim, həm də uşaqlara baxırdım. Sadəcə bir hobbi kimi başladım. Boşandım, iki ildən sonra sənətə gəldim. Bəziləri fikirləşəcək ki, boşanan kimi özünü buraxdı, qaçdı rəqqasəliyə” qətiyyən elə olmadı. Sadəcə qismət məni elə bir insanın qarşısına çıxardı ki, oynamaq həvəsi daha da artdı.

- Rəqslərinizdə adətən açıq- saçıq geyimlər çox olur. Bu sizə mane olmur?

- Onlar boş söhbətlərdir. Mən elə halla qarşılaşmamışam. Mən özümü gözəl saymasam da amma cazibədarlıq var. Bəlkə mən elə bir şərait yaratmamışam.

- Rəqqasə olmamışdan əvvəl hansısa sənətlə məşqul olmusuz?

- 16 yaşımdan mən gözəllik salonunda çalışmışam. Sonra ailə qurduqdan sonra işləmədim. Burda ailə qurub Rusiyaya köçdüm.

- Həyat yoldaşınızdan nəyə görə ayrıldız? 

- Keçmiş həyat yoldaşımla dost kimi ayrılmışıq. İndi də danışırıq, görüşürük. Övladlarımın atasıdır. Həmişə gəlir övladlarını görür. Bizdə dava qırğın olmayıb. Arada həmişə hörmət saxlamışıq. Mən qızlarla dostluq edə bilmirəm. Ancaq oğlanlarla dostluq edirəm. Xasiyətim oğlan kimidir.

- Övladlarınızın atası sizdən sonra ailə qurub?

- Xeyr o da subaydır.

- Yenidən yollarınız birləşə bilər?

- Həyatda hər şey ola bilər.

- İncəsənət adamı sevgi yaşamasa çətin olur. Cazibədar xanımsız, bəs sevdiyiniz insan varmı?

- Mən sevgi yaşayanda işləyə bilmirəm. Sevgi adamı işlərindən uzaqlaşdırır. Mən özüm bir ara depresiyaya düşmüşdüm, qəşəng də çıxa bildim.

-Deməli sevgi yaşayıb, təzə ayrılmısız. Ayrılığa səbəb nə oldu?

- Sadəcə alınmadı deyə bilərik. Münasibətə mən tərəfdən son qoyuldu. Səbəb də işim idi. Çox qısqanclıq olurdu. Mən özüm qısqanc insanam. Oğlumu və dostlarımı belə qısqanıram.

- Biraz da övladlarınızdan danışardıq.

- Oğlumun 11, qızımın 8 yaşı var. Oğlum Murad məşhur reper Timatinin bütün replərin əzbər bilir. Deyirəm ki, rep əvəzinə dərslərini oxu. Uşaq vaxtı qızlar rəngli paltar da gəzəndə mən dəlisov stilldə gəzirdim. Bizim ailəmiz elədir ki, hamımız bir-birimizə dəstək oluruq. Qızım gimnastikaya gedirdi, sadəcə gözləri biraz zəifdi deyə uzaqlaşdırdım.
- Son günlər də rəqqasələrində sayı günü gündən artır.

- Onlarla Tanışlığımız var. Son günlər əməlli işləməyə başlayıblar. Bu mənə çox xoş gəlir. Hərənin öz publikası var. Oriantal publika məni sevir. Şəhər çıxanda çox insan yaxınlaşıb, şəkil çəkdirir. Bəzən xanımlar yolda saatlarla mənim söhbət edir. Onların sevgisi mənə çox güc verir. Bu hörməti özüm qazanmışam. Çox desinlər ki "Renkanı saxlayan var, Renka özünü reklam” bəxtəvər başıma. Reklam etsəm daha yüksəklər də olaram. 

Nazim Qasımzadə,
AZXEBER.COM
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü