Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır”

Renkadan Təranəyə cavab: "O qadın o bədəni ilə dənizə girəndə adam utanır”
MAQAZİN
12:17 18.08.2017
11015

Prodüser Təranə Səmədova və rəqqasə Rəna Ağamuradova(Renka) arasında qalmaqal daha da alovlanıb.

AZXEBER.COM-a açıqlama verən rəqqasə Renka prodüserin yalanının üstünü açıb.

"Mən utanıb yerə girirəm ki, adım onunla birgə hallanır. Mən onunla adi həyatda rastlaşanda salamlaşmıram. Ötən gün kameraları görüb, təzə mövzu olsun deyə mənimlə davaya başladı. Ümumiyətlə, o davalardan başqa nə bacarır ki, o Azərbaycanda biabır olmuş insandı. İçkili şəkildə sükan arxasında tutularaq, polislərə söyüş söyüb. Söhbət kişi söhbəti deyil. Özünə prodüser deyir, amma prodüser kimi el içində biabır olub. Elə hərəkətləri var ki, o abır həya bilmir. O insanın abırı olsaydı, o bədənlə çimərlik geyimi geyinib gəzməzdi. Onu elə görəndən sonra mən şəxsən bir qadın olaraq utanıb yerə girdim.”

Rəqqasə Renka daha sonra deyib. 

"O kimdir ki, mən onunla kişi söhbəti edim. Sadəcə o elə hərəkətlər edib ki, mənim ona bir qramlıq hörmətim yoxdur. Gör kim mənə deyir. Mən rəqqasəyəm.”

Renka barışığın heç vaxt baş tutmayacağını qeyd edib.

"O insandan qısası zəhləm gedir.Mən bir insanı silib, hörmət etmirəmsə barışa da bilmərəm.”

Qeyd edək ki, prodüser Təranə Renkanın eks-sevgisi ilə dost olduğunu bildirib. Davaya səbəb kimi də o göstərilir.

Nazim
OXŞAR XƏBƏRLƏR