“Report” İnformasiya Agentliyinin əməkdaşı vəfat etdi

“Report” İnformasiya Agentliyinin əməkdaşı vəfat etdi
MEDIA
14:58 31.05.2023
303
"Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

AZXEBER.COM xəbər verir ki, informasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan başqa, S.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Təşəkkürnamə” ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

 

 

 


Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR