"Rəqsanə kimilər hamımızı yerə vurdu" - Aygün Kazımova

"Rəqsanə kimilər hamımızı yerə vurdu" - Aygün Kazımova
MAQAZİN
11:50 17.10.2016
5906

 

Xalq artisti Aygün Kazımova ATV-də yayımlanan "10-dan sonra” verilişində əməkdar artist Elza Seyidcahan və müğənni Şəhla Həmidova arasında yaşanan qalmaqala münasibət bildirib. 

Xatırladaq ki, Ş.Həmidovanın söylədiyi "Efirdə ağlamaqla gündəmə gəlməmişəm. Acından ölsəm də özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla etmək olmur” sözləri E.Seyidcahanı özündən çıxarmışdı. Əməkdar artist isə həmkarına bu cür cavab ünvanlamışdı: "Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə başqa cür danışır. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın. Ölkəmizdə sənətə dəyər verirlər”.

 


 


OXŞAR XƏBƏRLƏR