Cəhdin qarşısı Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.
Ötən gün Bakının Qaradağ rayonu ərazisində qadın özünü körpüdən atmaq istəyib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəlilabad rayon sakini Rəqsanə Salmanova Qaradağ rayonu ərazisində intihar məqsədi ilə özünü körpüdən atmağa cəhd göstəribr. Cəhdin qarşısı nazirliyin Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.