İctimaiyyətin son vaxtlar modelyer kimi tanıdığı, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun nişan xəbəri yayılıb.
Xəbər Facebook-da təbrik bölümünə çıxarılıb. Lakin xəbəri göstərən səhifə istifadədə deyil. Rəqsanə xanım və Aysun Bakıda olmadıqları üçün xəbərə sənətçinin mətbuat katibi aydınlıq gətirib:
«Rəqsanə xanım və Aysun hazırda Moskvadadırlar. Oradan başqa ölkəyə istirahətə gedəcəklər. Bakıya 10 gündən sonra qayıdacaqları gözlənilir. Belə bir hadisə baş verməyib. Əvvəla, Ramazan ayındayıq və ənənəyə görə, nişan, toy mərasimləri keçirilmir. Bundan əlavə, Aysun ailə həyatından daha çox, karyerasını düşünür. Özü burada olmadığı halda barəsində belə bir xəbər yayılıb. Xeyir iş olarsa, Rəqsanə xanım bunu ictimaiyyətdən gizlətməyəcək».
Mətbuat əlaqələndiricisi güman etdi ki, hansısa peşəkar internet istifadəçisi Aysunun səhifəsinin adından belə bir xəbərlə çıxış edib. Amma yanlış olduğuna görə, normal qəbul edilməyib.
Qeyd edək ki, bu xəbərdən sonra Aysun Facebook-dakı statusunu dəyişib.