Rəşad Atakişiyevin nəşi tapıldı - RƏSMİ AÇIQLAMA

Rəşad Atakişiyevin nəşi tapıldı - RƏSMİ AÇIQLAMA
SOSİAL
12:26 20.08.2019
12720

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.


Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.


Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.


Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


Allah rəhmət eləsin!

 

OXŞAR XƏBƏRLƏR