Gənc müğənni Rəşad İlyasova ağır itki üz verib. Müğənninin anası Zerife xanım 74 yaşında dünyasını dəyişib. Qeyd edək ki, müğənninin anası Zərifə xanım 39 il Azərbaycan radiosunda çalışıb. Onun bacısı kamança ifaçısı Şəfiqə Eyvazovadır. Mərhumə uzun müddət xəstəxanada müalicə olunub və bu yaxınlarda evə buraxılıb. Evə buraxıldıqdan sonra isə qəfil dünyasını dəyişib.