Rəşad Mahmudov Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi - Fotolar

Rəşad Mahmudov Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi - Fotolar
SAĞLAMLIQ
11:05 08.10.2018
4283
Oktyabrın 2-3-də Daşkənd şəhərində Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib.

Mötəbər tədbirdə Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov təmsil edib. Beynəlxalq konfrans dünyada çox aktual olan, Dünya Səhiyyə Təşkilatının bütün ölkələrə tövsiyə edərək, həyəcan təbili çaldığı beyin qan dövranı və ürək xəstəliklərilə mübarizə, gələcək yol xəritəsinin çəkilməsinə həsr edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat verən  t.ü.e.d, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, 500-dən çox iştirakçıının təmsil olunduğu beynəlxalq tədbirdə Avropanın, Uzaq Asiyanın, eləcə də postsovet ölkələrinin içərisində Azərbaycanın da yer alması sevindirici haldır:

"Azərbaycan adına elmi məruzələrlə bu xəstəliklərlə mübarizə mövzusunda həm öz təcrübəmizi, həm də dünya praktikasından olan reallıqları ortaya qoyduq.

Dünya ölkələrindən İtaliya, Polşa, Serbiya, İngiltərə, Almaniya, Cənubi Koreya və postseovet məkanından 3 ölkə – Rusiya, Özbəkistan, Azərbaycan iştirak edirdi. İki günlük tədbir sonrasında Özbəkistan səhiyyəsinin bu xəstəliklərlə mübarizəsində yol xəritəsinin hazırlanmasına 8 ölkə ilə yanaşı, ölkəmiz adına bizim imza atmağımız həm Azərbaycan səhiyyəsi, həm də həkim adına qürurverici bir hadisə idi”.

Rəşad Mahmudov hesab edir ki, bu cür beynəlxalq konfranslar səhiyyənin inkişafı üçün böyük əhəmiyyətə malikdir:

"Düşünürəm ki, bu şəkildə təşkil edilən beynəlxalq konfranslar həm ölkələrdə qeyd edilən xəstəliklərlə yeni mübarizə üsullarının, həm də səhiyyənin yeni inkişaf perspektivləri içərisində əhalinin sağlalığının daha geniş və güvənli şəkildə qorunması üçün atılan addımlardandır. Bu tədbirlər çərçivəsində həmin xəstəliklərlə mübarizə daha rahat və əlçatan olacaq. Əlbəttə ki, bu gözəl tədbirin keçirilməsi zamanı ilk 4 çıxışçı ölkə arasında Azərbaycana da yer verilməsi böyük üstünlük idi. Rusiyanı Pakrovski, Özbəkistanı tanınmış akademik Kərimov, Serbiyanı dünyaca məşhur cərrah Lazar Davıdoviç, Azərbaycanı isə mən təmsil edirdim. Bu cür mötəbər tədbirdə dünyaca məşhur şəxslərlə yanaşı mənim də ilk saatlarda məruzəmin dinlənilməsi həm ölkəmiz, həm də şəxsim adına qürurvericidir”.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
19:29 28.07.2026
Reuters: Körfəz ölkələri İranın Hörmüz boğazından keçidə görə könüllü ödəniş toplamasına razıdır
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR