Rəşad Məcid III Şuşa Qlobal Media Forumundan yazdı

Rəşad Məcid III Şuşa Qlobal Media Forumundan yazdı
MEDIA
14:25 21.07.2025
748
III Şuşa Qlobal Media Forumunda müasir media tendensiyaları barədə çox maraqlı müzakirələr keçirilir.

"Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" mövzusunda panelin moderatoru beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudor sözünün əvvəlində dedi ki, jurnalistika həm də şövq tələb edən peşədir. Həmişə mənim də dediyim və təqdir etdiyim bu fikir az sonra əyani şəkildə öz təsdiqini tapdı. 

Panel çərçivəsində bizim "AnewZ” telekanalının "Təyinat: Şuşa, Azərbaycan" sənədli filminin təqdimatında bu şövq məsələsini bir daha xatırladım. 

Filmin aparıcısı Fred Nəqqaş Şuşa haqqında elə şövqlə, elə ürəkdən danışırdı ki, onun bu enerjisinin həmsöhbətlərinə də sirayət etdiyinin şahidi oldum. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova və başqa həmsöhbətlərin danışığındakı şövq, enerji izləyiciləri də əməlli-başlı ovsunlamışdı.
İki gündür Şuşadayıq, amma mən Şuşanı ən dərin şəkildə məhz bu filmə baxarkən hiss elədim. Hətta bir neçə yerdə bərk təsirləndim, gözlərim yaşardı. Sənətin böyüklüyü də elə budur: reallığı bədii təsvirlərlə, obrazlı dildə, böyük sənətkarlıqla çatdırmaq bacarığı.

Mən Rüfət Həmzəyev başda olmaqla "AnewZ” telekanalının əməkdaşlarını və filmin yaradıcı heyətini təbrik edirəm. Onlar bu film üzərində çox böyük sevgi ilə işləyiblər. 

Filmin ingilis dilində təqdimatını edən Orxan Amaşov da eyni enerji ilə, şövqlə bu işin öhdəsindən gəldi. Düşünürəm ki, "AnewZ”da jurnalistikanı sevən və ona şövqlə yanaşan kollektiv çalışır.

Yeri gəlmişkən, qeyd edim ki, bu günlər Mətbuat Şurası ilə "Azərbaycan Dəmir Yolları” idarəsinin keçirdiyi müsabiqədə də birinci yerin qalibləri sırasında bu kanalın əməkdaşlarının çəkdiyi video sujet də vardı. 

Birmənalı olaraq münsiflər bu işi ən yaxşı sujet kimi qiymətləndirmişdilər.

Mən mətbuatımızda ingilisdilli belə bir kanalın varlığına sevinir və onları ürəkdən təbrik edirəm.

Rəşad Məcid,
Mətbuat Şurasının sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq