Rəşad Məcid: 'O öz anasına, valideynlərinə həqarət yazan adamdır' - AÇIQLAMA

Rəşad Məcid:
Bütün Xəbərlər
16:10 16.04.2012
2016
“O, 200 dollara dinini dəyişən adamdır. Seymur Baycan öz anasına, valideynlərinə həqarət yazan adamdır. Seymur Baycan zir-zibilin içindədir. Mən bir neçə dəfə onu zir-zibilin içindən çıxarmaq istəmişəm” Yazıçı Seymur Baycanın Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin yazdığı həcvi öz qəzetində çap etdirməsinin Rəşad Məcidin bu vəzifəyə olan iddiası ilə əlaqələndirməsinə qarşı tərəf cavab verib.  Yazıçılar İttifaqının katibi, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid Seymur Baycanın fikirlərini sərsəm adlandırıb: “ Əvvəla 75 yaşlı bir insan iki gündür ki, saytları və sosial şəbəkələri öz yazdığı zarafatyana yazdığı bir yazı, həcvlə məşğul edə bilirsə deməli özünü gənc sayanlardan çox-çox gənc, cavandır. Anar müəllim çox iti ağıllı, iti beyinlidir, yaddaşıda çox gözəldir. İndinin özündə də çox cavandan hadisələrə ağıllı, obyektiv münasibəti var. Mən də, onun yaxın ətrafının da fikri belə olub ki, Anar müəllim onun haqqında yazılan belə təhqirlərə fikir bildirməsin. Lakin Anar müəllimin öz düşüncəsidir ki, bu tarixdə qalacaq buna görə də yazılanlara cavab vermək lazımdır. Mənim yadımdadır hələ bir neçə müddət əvvəl özünü yeni müxalifətçi gənc yazarlar adlandıran yazarın hərəkətləri barədə yumoristik, satirik hekayə yazmışdı. İlk dəfə hələ onda sizin saytın qəhrəmanı Seymur Baycanı sirkə-badımcan adlandırmışdı. Mən xatırlayıram ki, Seymur Baycan necə xoşbəxt olmuşdu. Şəhərin küçələrində qanadlı-qanadlı gəzirdi ki, Anar müəllim məni sirkə-badımcan adlandırıb. Eləcə də bir çoxları istəyirdi ki, Anar müəllim onların adını çəksin. Biz həmişə əleyhinə olmuşuq, bu adamların yazdıqlarına əhəmiyyət verməyə dəyməz. Bu sonuncu həcv də son günlərdə yazılan, Anar müəllimin ad günüdə Seymurun yazdığı çox iynəli, təhqir dolu, heç bir ədəb-ərkana sığmayan yazıya hirsli cavab idi. Orada həm Elçin, həm Anar, həm də Fikrət Qoca təhqir olunmuşu. Mən sosial şəbəkələrdə özünü ədalət mücəmməsi göstərən bəzi dostlara demək istəyirəm ki, Anar müəllimin bu yazısından qıcıqlanmaqdansa, Anar müəllimi təhqir edənlərə cavab versinlər. Çünki bəziləri abrına bükülür, bəzilər dinmir, bəziləri onlar haqqında yazacağından qorxurlar. Bu bir neçə belə yazar Azərbaycan ziyalılarını öz qorxuları altında saxlayırlar.  Seymur Baycanın onun Yazıçılar İttifaqının sədri olmaq iddiaları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən R.Məcid məhz Anar Rzayevin təklifi ilə Yazıçılar İttifaqının katibi olduğunu, onun təklifi ilə gəldiyini vurğulayıb: “ Mən Anar müəllimi çox sevirəm və hesab edirəm ki, Azərbaycanın böyük ziyalısıdır. Bir neçə nəsil Azərbaycan ziyalısının yetişməsində də onun böyük rolu olub. Mən nə vəzifə, nə pul hərisiyəm. Hər şeyi görmüşəm, indinin özündə də heç bir vəzifəyə iddiam yoxdur. Seymur Baycan öz arşını ilə ölçməsin. Seymur Baycan 200 dollara dinini dəyişən adamdır. Seymur Baycan pula görə başqa bir insanı mətbuat-konfransı keçiriib şantaj edən adamdır. Seymur Baycan öz anasına, valideynlərinə həqarət yazan adamdır. Seymur Baycan zir-zibilin içindədir. Mən bir neçə dəfə onu zir-zibilin içindən çıxarmaq istəmişəm. Axırda görmüşəm ki, özü-özünü aparıb ora salıb. Çünki onun mahiyyəti ordadır. O hansısa müqəddəs hisslərdən xalidir. Bir insan ki, öz dinini, validenlərinə, vətəninə qarşı belə bir mövqe tuta, ondan hansı bir sədaqət, müqəddəs hiss gözləmək olar? Lakin bilsin ki, Anar müəllim bu dünyada oldu, olmadı, onu sevənlər, o cümlədən mən, mənim övladlarım, nəvələrim həmişə olacağıq və Seymurun dediyi həqarətlərin cavabını həmişə verəcəyik. Seymur da yenə təzək kimi divarlara yapışıb qalacaq, çünki o, buna layiqdir. Gənc yazarların yazıçı Anara qarşı tutduqları sərt mövqeyə münasibət bildirən R.Məcid onları psixi xəstə, anormal hesab etdiyini deyib: “ Öz komplekslərini başqalarını murdarlamaqla ört-basdır etmək istəyirlər. İstəyirlər başqaları da onlar kimi əxlaqsız, heç bir mənəvi dəyərə sahib olmasın, öz dövlətinə, ailəsinə onlar kimi münasibət bəsləsinlər. Özü deyir ki, mən zir-zibilin içində yaşayıram. Buna Anar müəllim neyləsin? Özün çalış-vuruş. Azərbaycan cəmiyyətini nə qədər ədalətsiz cəmiyyət kimi göstərməyə çalışsalar da burada öz işi ilə məşğul olan, uğur qazanan insanlar olub və olacaq. Seymur Baycan 2-3 əsər yazıb deyə özünü Anar müəllimlə müqayisə edir. Quqark sıradan bir əsərdir, Seymur ortabab, sıradan bir adamdır. Özü də tərbiyəsi, qanacağı yox, insanlara qarşı həqarət edir. Ona görə də heç bir cəmiyyətdə onun irəli getməsi mümkün deyil. Yazıçılar Birliyinin sədri kim olur-olsun Seymurun Yazıçılar İttifaqında heç vaxt yeri olmayacaq. Bir tədbirə də gəlmişdi, mən orada da demişdim ki, Seymru Baycan hələ Yazıçılar Birliyində çıxış etmək üçün yetişməyib. Həcvə gələn şərhlərdə və bəzi sosial şəbəkələrdə həcvin zəif olduğu ilə bağlı yazılanlara müsaibət bildirərək R.Məcid Anarın şair olmadığını xatırladıb: “Anar müəllim şair deyil, onun satirik nəsri var ki, o qədər iti yumoru var, çox yüksək səviyyədədir. Sadəcə olaraq bu Anar müəllimin xobbisidir. Ad günündə, Türk dünyasının ədəbiyyat adamı elan edildiyi belə bir gündə, son illərini yaşamağı düşünənən bir insana zəhər içirdəndə o da o şəkildə cavab qaytaracaq. Əvvəla Anar müəllim orada ad çəkməyib, əgər götürürlərsə murdar, orda yazılan digər şeylər onlara aiddir, götürsünlər”.
OXŞAR XƏBƏRLƏR