Hazırda informasiya dövrüdür və Azərbaycan mediası bu dövrdə ən ön sıralarda olmalıdır
Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər haqqında dəyirmi masada deyib.
Sədr müasir dövrdə süni intellektin dezinformasiya yaymasının təhlükəsindən danışıb:
"Hazırda süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır. Bununla mübarizə aparmaq üçün mediamız çox sürətli olmalıdır. Bu sahədə Media İnkişafı Agentliyinin fəaliyyəti danılmazdır. Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər".