Rəşad Sadıqov: "Bilmirəm necə olacaq"

Rəşad Sadıqov: "Bilmirəm necə olacaq"
İDMAN
12:23 28.01.2024
389
"Oyunla bağlı danışılası çox şey yoxdur. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. "Sabah” kimi komandaya qarşı əla futbol oynadılar. Yetərincə qol şanslarımız oldu. Son zamanlar top qapıdan keçmək istəmir. Səbirli olaq, daha çox çalışmalıyıq”

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Penalti epizodu ilə bağlı fikriniz necədir?

- Hakim səhvləri məcbur edir ki, məşqçidən daha çox ekspertə çevrilirsən. Hər oyundan sonra hakimlərin səhvlərini müzakirə edirik. Penalti epizodundan öncə top açıq-aşkar "Sabah”ın futbolçusundan çıxmışdı. Belə götürəndə heç-heçə hakim üçün ən yaxşı nəticə idi. 4 dəqiqə artırmışdı. Həmin vaxt da artıq vaxt bitmişdi. Belədə oyunu niyə bitimir, niyə vaxtı uzadır?

- Çox gərgin görünürsünüz. Bu gün rahat yata biləcəksiniz?

- Artıq alışmışam, təəccüblənmirəm. "Qarabağ”la oyunumuzda rəqibin 2 qırmızı vərəqəsi verilmədi. Həmin epizodlar müzakirə olundu. VAR niyə susurdu? VAR-da kim oturmuşdu? Rauf Cabbarov. Bu gün həmin Cabbarov bizim ağır oyunumuza təyinat alır. Tural Qurbanov bizim oyunlara niyə təyinat almır? Çünki bizim oyuna görə cəzalanıb. Amma bizə qarşı səhvlərə görə niyə heç kim cəzalanmır? "Qarabağ”la oyunda bizim lehimizə, rəqibin 2 qırmızı vərəqəsini verməyən hakim bu gün yenə bizim oyunu idarə edir. Bu, komandaya da psixoloji cəhətdən pis təsir edir. Hətta matçdan öncə də öz aramızda bu barədə müzakirə aparırdıq. "Turan Tovuz” və "Araz-Naxçıvan”la oyunlarda vurduğumuz qollar ofsayta görə sayılmadı. Amma onda VAR təkrarda xətti çəkərkən niyə ox qalxmamışdı, bu gün isə qalxmışdı. Deyəsən, Eldarın qulağı xətti keçmişdi. Hər dəfə deyirəm daha hakimlər məni heç nə ilə təəccübləndirməyəcək, amma təəccübləndirirlər. Neyləyim, taleyimə belə yazılıb. Məşqçiliyə başladığım ilk gündən heç nə dəyişməyib. Mövsümün əvvəli sakitlikdir. Sonradan 1-ci yer, 2-ci yer, 3-cü yer, yox, "Zirə”yə olmaz. Vaxtı ilə bu olmazlar Qurban Qurbanov üçün var idi. Amma indi "Qarabağ” elə səviyəyə gəlib ki, heç nə edə bilmirlər. Qurban Qurbanova, Rəşad Sadıqova uğur qazanmaq olmaz.

- Çıxış yolunu nədə görürsünüz? Bəlkə ölkə xaricindən hakimlər dəvət edilsin?

- Məsələ o deyil. Niyə hakim səhvləri başqa oyunlarda olmur? Məsələ "Zirə” ilə bağlıdır. "Zirə” nəticə verməməlidir. Hakim səhvləri olmasaydı, 3 il ardıcıl avrokuboklarda çıxış edərdik.

- Siz hər oyundan sonra etiraz etsəniz də, dəyişən nəsə yoxdur. Bəlkə klub rəhbərliyi daha ciddi şəkildə etiraz bildirsin?

- İnanın ki, yenə də davam edəcək. 3 ildir eyni proses gedir. Bilmirik məşqçilik edək, yoxsa 3 ildir baş verən hadisələrdə daha təmkinli olaq.

- Bütün bunların sonunu necə görürsünüz?

- Heç nə, bilmirəm necə olacaq. Gözləyək, görək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
10:45 24.11.2026
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
BDU 9 fakültə üzrə dekan axtarır
10:41 24.11.2026
BDU 9 fakültə üzrə dekan axtarır
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
10:34 24.11.2026
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
10:30 24.11.2026
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
10:28 24.11.2026
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!
10:25 24.11.2026
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!