Rəşad Səfərov xəstəxanaya yerləşdirildi

Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
SOSİAL
21:24 23.09.2026
146
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM Oxu.az-a istinadla xəbər verir ki, bu barədə teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O bildirib ki, Rəşad Səfərovun halı günorta saatlarında, dərs vaxtı qəfildən pisləşib:

"Buna səbəb şəkərinin 400-ə qədər qalxması olub. Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı ilə danışdım, bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Xəstəxanaya uşaqları aparıblar. Hazırda müalicə alır. İki-üç gün həkim nəzarətində olmalıdır. Sistem köçürülür. İlkin diaqnoz ürəyi ilə bağlı problemdir, oksigen çatışmazlığı var”.
OXŞAR XƏBƏRLƏR