Rəsmilər baş redaktorlarla görüşəcək

Rəsmilər baş redaktorlarla görüşəcək
MEDİA
11:34 28.06.2012
1278
Qəzet yayımında yaranmış problemləri müzakirə etmək üçün Prezident Administrasiyasının rəsmiləri ilə baş redaktorlar arasında görüş keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media forum” saytına deyib ki, görüş yaxın günlərdə baş tutacaq.Şura sədri bildirib ki, bir necə gün əvvəl bir qrup redaktor toplanaraq qəzet satışı ilə bağlı yaranmış vəziyyəti müzakirə edib: “Mən xaricdə idim. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli həmin görüşdə iştirak edib. Müzakirələrin yekununda qərara gəlinib ki, Prezident Administrasiyasının səlahiyyətli şəxslərdən biri ilə görüş keçirilsin. Yaxın günlərdə belə bir görüş olacaq”.Ölkənin aparıcı qəzetləri, özəlliklə “Yeni Müsavat” və “Azadlıq” son aylarda qəzet satışının müxtəlif yollarla əngəlləndiyini, paytaxtın mərkəzində, qəzet alıcılarının ən çox olduğu yerlərdə xeyli sayda qəzet köşkünün götürüldüyünü, eyni zamanda səyyar qəzet satışının məhdudlaşdırıldığını bəyan edirlər.
OXŞAR XƏBƏRLƏR