Rəssam modelyer Fəxriyyə Xələfova 'İRƏLİ'nin qonağı oldu

GƏNCLİK
11:25 31.01.2013
1772

Gənclərə diplomatik protokol qaydaları, etik davranış normalarını öyrədən “Diplomatik protokol 2” layihəsi uğurla davam edir. Hər həftə gənclərin dərslərdə əldə etdikləri nəzəri bilikləri praktikada möhkəmləndirə bilmələri üçün “Diplomatik Protokol” layihəsinə müxtəlif mövzularda ekspertlər dəvət olunur.

30 yanvar tarixində keçirilən layihənin qonağı “Diplomatik geyim tərzi və ziyafət geyimləri” mövzusunda Azərbaycanın tanınmış rəssam modelyeri Fəxriyyə Xələfova olub.

Fəxriyyə Xələfova gənclərə rəsmi ziyafətlər, dövlət tədbirləri, bayram günləri, xüsusi günlər zamanı geyim forma və üslublardan danışıb.

Qonaq qeyd edib ki, istər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, geyim rəngi və üslubunu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir: “Xüsusi görüşlər zamanı geyim insanların “vizit kartına” çevrilir. Bu səbəbdən hər zaman iştirak etdiyiniz rəsmi ziyafətlərdə, bayram günlərində və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına uyğun geyinmək vacibdir”.

Fəxriyyə Xələfova layihə iştirakçılarına xüsusi günlərdə tələb olunan geyim formalarl ilə yanaşı, gündəlik geyim formaları, müasir moda və onun tələbləri, 2013-cü ilin geyim tərzi və rəngləri haqqında məlumat verib və daha sonra görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR