Azərbaycan istiqlalının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün başına keçirilən torbanın çıxarılması xəbəri yayılıb.
AZXEBER.COM-un məlumatına görə, Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarında çıxarılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları bu gün səhər parka gələrək çuvalı çıxarıblar.
Rəsulzadənin büstünün üzərindəki çuval bir neçə il önə keçirilmişdi. Parça ilə bükülmüş büst M.Ə. Rəsulzadənin Gəncədəki yeganə büstüdür. Bu torbanın əvvəlcə parkda aparılan təmir işləri ilə bağlı keçirildiyi deyilirdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu.

