Rəsulzadənin olduğu iddia edən edilən abidə Leninin imiş

Rəsulzadənin olduğu iddia edən edilən abidə Leninin imiş
Bütün Xəbərlər
00:08 02.09.2012
3349

Son günlər mətbuatda Sabirabad rayonunda Məmməd Əmin Rəsulzadənin abidəsinin götürülməsi haqqında müxtəlif məlumatlar dolaşır. Yayılan məlumatlarda Rəsulzadənin abidəsinin götürülməsiylə bağlı insanların etiraz aksiyası keçirdiyi və yerli hakimiyyətlə insanlar arasında qarşıdırma yarandığı iddia olunur.

Sabirabad rayonunda yaranmış vəziyyətlə bağlı AZXEBER.COM-un əməkdaşı Yeni Azərbaycan Partiyası(YAP)Sabirabad rayon təşkilatının sədri Nadir Quliyevlə əlaqə saxlayıb. Nadir Quliyev əməkdaşımıza deyib ki, AXC-Müsavat cütlüyünün hakimiyyət illərində Sabirabad rayon İcra Hakimiyyəti binasının qarşısındakı meydanın bir küncündə M.Ə.Rəsulzadənin adına abidə ucaldılıb: “Həmin abidə əslində heç Rəsulzadəyə oxşamır və Vladimir İliç Leninin abidəsinə uyğunlaşdırılaraq burada qoyulub. Rayonumuza gələn qonaqlar və ictimayyətin nümayəndələri də bu abidənin Rəsulzadəyə oxşamadığını və baş meydanın bir küncündə-uyğun olmayan bir yerdə ucaldıldığını dəfələrlə qeyd ediblər.

Bildiyiniz kimi hal hazırda Sabirabad rayonunda geniş quruculuq-abadlıq işləri başlayıb.Yeni binalar tikilir, yaşayış binaları təmir olunur, yeni yollar parklar salınır və eyni zamandada rayonun baş meydanı yenidən qurulur. Bütün bunalarla yanaşı ictimayyətin rəyini nəzərə alaraq V.İ.Lenin abidəsinə uyğunlaşdırılmış və Rəsulzadənin adı verilmiş bu abidənin götürülməsinə qərar verilib. Onuda qeyd etmək lazımdır ki, əgər AXC-Müsavat cütlüyü Rəsulzadənin ruhuna hörmətlə yanaşsaydılar bu rüsvayçılığa yol verməzdilər. Onun abidəsini Leninin abidəsinə uyğunlaşdırıb Rəsulzadə adı verməkdənsə, bir abidə sifariş verib daha görkəmli yerdə ucaldardılar. Daha bir küncdə yox”.

Nadir Quliyev müxtəlif informasiya agentliklərinin yaydığı məlumatlara və fotolara da munasibət bildirdi: “Bəli muxtəlif informasiya agentlikləri məlumat yayıb ki guya insanlarla yerli hakimiyyət dairələri arasında bu məsələ ilə bağlı gərginlik yaranıb, meydan polis qüvvələri ilə mühafizə olunur, heç kim bura buraxılmır. Hətta yayılan fotolardan biri isə ötən illər ərzində çəkilən fotodur. Həmin bu şəkil insanlar icra hakimiyyəti başçısının qəbuluna toplaşan vaxt çəkilib. Bu fotonun sözügedən məsələyə heç bir aidıyyatı yoxdur. Hal-hazırda meydanda təmir və yenidənqurma işləri gedir. İnsanlar bu abidənin götürülməsinə heç bir narazılıq bildirməyib, əksinə müsbət reaksiya veriblər. Hal hazırda baş meydanın təmiri ilə əlaqədar narahatçılıq olmasın deyə meydan müvəqqəti olaraq hasarlanıb. Bu sadəcə bəzi ara qarışdırmaqla məşğul olan və Azərbaycanın uğurlarını həzm edə bilməyən insanların qarşıdurma yaratmaq cəhdlərindən başqa bir şey deyil”.

Nadir Quliyev qeyd etdi ki, Məmməd Əmin Rəsulzadə şərqdə ilk demokratik müsəlman dövlətini yaradıb və Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında onun xidmətləri danılmazdır: “Bu gündə Sabirabad rayonunda Məmməd Əmin Rəsulzadənin əziz xatirəsinə hörmətlə yanaşılır. Biz heç vaxt yol vermərik ki rayonda gedən abadlıq quruculuq işlərinə kimlərsə kölgə salsın. Bu gün nə edilirsə xalq üçün edilir. İnsanlarımızın yaxşı gözəl yaşaması üçün edilir. Görülən bu müsbət işlərdən öz maraqları naminə şou düzəltmək istəyən bəzi informasiya agentliklərinə isə demək istəyirəm ki, hər hansı bir məlumatı yayanda onu dəqiqləşdirib yazmaq lazımdır. Qeyri-dəqiq məlumatları yazan insana jurnalist demık olarmı? Yaxşı olar ki, mətbuat nümayəndələri belə məsələlərdə ciddi olsunlar”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb