"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb

"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
DÜNYA
08:13 11.11.2026
66
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 11 mini ötüb, 5 mindən çox şəxs nəfər ölüb.

AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin açıqladığı məlumatlarda bildirilir.

Rəsmi statistikaya əsasən, KDR-də Ebola virusuna 11 042 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ölüm hallarının sayı 5 387-yə çatıb.

2026-cı ilin may ayında başlayan xəstəliyin yayılması ölkənin 26 əyalətindən səkkizini əhatə edib.

Miqyasına görə 2014–2016-cı illərdə Qərbi Afrikada Ebolanın yayılmasından sonra tarixdə ikinci ən böyük epidemiya olub.
OXŞAR XƏBƏRLƏR