Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
SOSİAL
12:44 13.12.2025
957
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb.

Bu barədə AZXEBER.COM-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra yenidən həyata qayıtarılıb:

"Tibb müəssisəsinə 19.11.2025-ci il tarixində hospitalizasiya olunan 1988-ci il təvəllüdlü qadın xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib.

Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib.

Ancaq noyabrın 25-də, saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin qəfil vəziyyəti pisləşib və kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib.

Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib".

Qeyd edilib ki, bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib:

"Altı uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb".


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var