Bakı sakini Polad Həsənovun aldığı çörəyin içərisindən “skoç” çıxıb.ANS TV-nin məlumatına görə, çörəyin bir başa keyfiyətini yoxlamaqla məşğul olan Gigiyena və Epidemiologiya Mərkəzində deyirlər ki, çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələməmişdən xəmir yuğurmağa üstünlük verirlər ki, nənticədə göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən bir başa kisə ilə xəmir yoğuran maşına tökürlər.Gigiyena və Epidemiologiya Mərkəzin şöbə müdiri İmran Abdullayev bildirir ki, un ələmək üçün zavodlarda xüsusi iri ələklər var ki, bu ələklər daima işlək vəziyyətdə olmalıdır. Onun sözlərinə görə, belə ələklərdə un əvvəlcə ələnməlidir, daha sonra çörək bişməlidir.Bu cür hallara yol verən müəssisələrə qarşı tədbirlər görülür. Amma baş verən hadisələr onu göstərər ki, görülən tədbirlərin heç bir xeyri yoxdur. Əgər olsaydı bu gün çörəyin içindən yapışqan, taxta və daha nələr çıxmazdı.Şöbə müdirinin sözlərinə görə, belə bir şey olanda həmin müəssisələrdə araşdırmalar aparılır. Əgər hər hansı bir qanunusuzluq aşkar olunarsa o zaman həmin müəssisə bağlana bilər.“Bu gündən başlayaraq “skoç” çıxan çörəyin bişirildiyi sexin axtarışlarına başlanılacaq. Əgər fakt öz təsdiqini taparsa müəssisə ən yaxşı halda cərimələnə bilər. Ən pis halda isə fəaliyyəti bir dəfəlik dayandırıla bilər”- deyə İmran Abdullayev bildirdi.Amma şikayətçi çörəyi hansı mağazadan aldığını bildirmədiyi üçün onun aldığı çörəkdən həqiqətəndə yad cisimin çıxıdığı, yoxsa bu yapışqanı özünün çörəyə yerləşdirdiyi hələki dəqiq məlum deyil.