Çörəyin istehsalı və satışı qadağan olundu

Çörəyin istehsalı və satışı qadağan olundu
Bütün Xəbərlər
09:16 25.08.2012
1038
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən Qusar şəhəri, Müqtədir küçəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülarə Hacıyevaya məxsus çörək sexində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal həyata keçirilir, müəssisə texnoloji sənədlər olmadan fəaliyyət göstərir. Sexdə sanitar norma və qaydalara riayət edilmir.
SMPDK-dan verilən məlumata görə, sexdə çörəyin istehsalı və satışı qadağan edilib. İnzibati protokol tərtib olunub, sahibkar 1.500 manat məbləğində cərimə edilib.
OXŞAR XƏBƏRLƏR