Çörəyin qiymətinin bahalaşmasına rəsmən aydınlıq gətirildi

Çörəyin qiymətinin bahalaşmasına rəsmən aydınlıq gətirildi
Bütün Xəbərlər
16:36 09.10.2012
941
Son günlər Bakı şəhərində çörəyin satış qiymətinin artması müşahidə olunub. Paytaxt mağazalarında 30 qəpiyə satılan çörək 10 qəpik bahalaşaraq 40 qəpik olub. Bakıxanov çörək zavodunun baş direktoru Rasim Nəbiyev bildirib ki, bahalaşmaya səbəb çörəyin çəkisinin 200 qrama qədər artmasıdır.İqtisadi İnkişaf Nazirliyindən isə bildirilib ki, son günlər İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinqlər zamanı qiymətlərində artım qeydə alınmış, çörəklərin çəkisində də 100 qramdan çox artım qeydə alınıb. Aparılan araşdırmalar qiymət dəyişikliyinin dünya bazarında ərzaq buğdasının bahalaşması ilə əlaqədar olduğunu göstərir. Son üç ay ərzində Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada buğdanın qiymətində 40-50 faiz artım baş verib.
OXŞAR XƏBƏRLƏR