Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır

Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır
DÜNYA
00:33 27.10.2026
196
Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin - İran, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının birgə fəaliyyətindən asılıdır.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai Tehran sammitindən sonra müsahibədə deyib.

"Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmiləri hesab edirlər ki, bölgənin problemlərinin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır. Biz bu nəticəyə gəldik ki, Yaxın Şərqdə təhlükəsizlik daxilən formalaşmalı və xarici müdaxilənin qarşısı alınmalıdır", - o bildirib.

Xatırladaq ki, Tehran sammitinin birgə bəyanatında regionda sülh və təhlükəsizlik üzrə danışıqların davam etdiriləcəyi vurğulanıb.
 
///report///
OXŞAR XƏBƏRLƏR