Yeni çıxmış Pokemon Go oyunu artıq xeyli pərəstişkar toplamaqla digər oyunları geridə qoyub.
Onsuz da texnoligiyadan asılı olan müasir insan indi də Pokemon ovu ilə başını itirib. Bu isə, deyəsən daha çox məşhurları narahat edir. Yəqin pərəstişkarlarını texniki rəqiblərinə görə itirmək istəmirlər. Məsələn, dünya şöhrətli müğənni Rihanna öz pərəstikarlarını onun olduğu yerlərdə, xüsusilə də konsertlərində Pokemon oynamağı qadağan edib. Bunu özünə hörmətsizlik kimi qəbul edən Rihanna "Ya mən, ya da Pokemon”, – deyə xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl, "Manchester United” klubunun baş məşqçisi Joze Mourinio da futbolçulara matçqabağı Pokemon Go oynamağı qadağan etmişdi.