Rio-de-Janeyroda Olimpiya klasterindən hərəkət edən jurnalistlərin avtobusu hücuma məruz qalıb.
AZXEBER.COM bildirir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Trend-ə deyib ki, həmin avtobusda Azərbaycan nümayəndəsi olmayıb: "Narahatlığa əsas yoxdur. Həmin avtobusda Azərbaycan nümayəndə heyətindən heç kim olmayıb".
Qeyd edək ki, hücuma məruz qalan avtobusun iki şüşəsi sındırılıb. Hadisə nəticəsində Belarusdan olan könüllü və türk jurnalist yüngül xəsarət alıb.