22 Aprel 2013-cü il tarixində Avropanın ən qədim və böyük universitetlərindən biri olan La Sapienza Universitetində Azərbaycan mədəniyyət gecəsi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbir Azərbaycan - İtaliya Gənclər Assosiyası və Tevere İnstitutu ilə birgə keçirilib. Tədbirə Türkiyə Cümhuriyyətinin Vatikandakı Səfiri Prof. Dr. Kenan Gürsoy və xanımı Prof. Dr. Belkis Gursoy, professorlar və tələbələr qatılıblar.
Tədbirdə ilk olaraq Sapienza Universitetinin professoru Antonello Biagini çıxış edərək Azərbaycan və İtaliya arasında əlaqələrin əhəmiyyətindən danışıb. Daha sonra isə professor Fabio Grassi Azərbaycanın özünə məxsus qədim tarix və mədəniyyətə malik olduğunu qeyd edib. Bundan əlavə, azərbaycanlıların indiki Azərbaycan ərazisindən daha geniş əhatə dairəsi olduğunu bildirdirən professor Fabio Grassi bu sahədə yerli diasporların və QHT-lərin xüsusi rolu olduğunu vurğulayıb
Daha sonra isə “La Repubblica democratica dell'Azerbaijan (1918-1920) i documenti militari italiani” kitabının müəllifləri Daniel Pommier və Andrea Carteny cıxış edərək Azərbaycanın zəngin mədəniyyəti haqqında məlumat veriblər.
Bununla yanaşı Azərbaycan - İtaliya Gənclər Assosiyasının üzvü və ASAIF-in İtaliyadakı təmsilçisi Leyla Abışova çıxış edərək Azərbaycan - İtaliya Gənclər Assosiyası haqqında və ASAIF-in Romada keçirilən forumu haqqında məlumat verib. Çıxışdan sonra isə Tevere İnstitutunun direktoru Dott.Cenab Aydın çıxış edərək mədəniyyətlər arasında dialoqun əhəmiyyətini vurğulayıb və hərkəsi mədəniyyətlər və cəmiyyətlər arasında körpü qurmağa dəvət edib
Fatimə İbrahimova