Roman Viktyuk Bakıda yeni teatr layihəsi həyata keçirməyə başlayır

MARAQLI
13:42 29.08.2011
1596
İnterfaks-Azərbaycan mətbuat mərkəzində Rusiyanın məşhur teatr xadimi, rejissor Roman Viktyukun mətbuat konfransı keçirilib. Tədbir zamanı Viktyuk bildirib ki, Azərbaycana “Üns” teatrı ilə yeni birgə layihənin başlaması ilə əlaqədar gəlib. Layihənin məqsədi məşhur ispan dramaturqu Alexandro Kasonanın “Ağaclar əyilmədən ölür” adlı pyesi əsasında tamaşa qoymaqdan ibarətdir. Rejissor qeyd edib ki, layihədə ən mühüm məqamlardan biri tamaşaya səhnədən uzaqlaşmış aktyorların cəlb edilməsindən ibarətdir. “Bu barədə Leyla Şıxlinskaya ilə danışmışam, o, özünü yenidən səhnədə sınamaq imkanı əldə etməkdən çox şad idi. Şəfiqə Məmmədovanın da layihədə iştirak etməsini çox istərdim”, deyə Viktyuk bildirib. Bugünki mətbuat konfransı bir növ aktyorların və layihənin həyata keçirilməsinə kömək etmək istəyənlərin cəlb olunması üçün elandır. “Mətbuat vasitəsilə gələcək tamaşamızda iştirak üçün mümkün qədər çox aktyorun hay verməsini istəyirəm”, deyə rejissor qeyd edib. Heyət müəyyən edildikdən və truppa təsdiq edildikdən dərhal sonra məşqlər başlayacaq. Lakin Viktyukun tamaşasına baxmaq istəyənlər çox olacaq, “Üns” teatrı isə çox kiçikdir və biletlər bahadır. Bakı tamaşaçısına necə kömək etmək olar? Turanın müxbirinin bu sualına cavabda Viktyuk artıq təşkilatçılarla bu məsələni razılaşdırdığını deyib. “Biz qərara almışıq ki, tamaşa hazır olan kimi “Üns”dən başqa, digər daha böyük teatr səhnələrində - Rus Dram Teatrında və ya Azərbaycan Dram Teatrında da göstəriləcək”. Turanın əcnəbi aktyorların cəlb edilib edilməyəcəyi barədə sualına cavabda Viktyuk qeyd edib ki, bu, mütləqdir. “Həm də aktyorların hansı dildə danışdığı heç bir əhəmiyyət daşımır. Tamaşaçı hər şeyi anlayacaq, belə ki, tamaşa ən vacib hiss - sevgi haqqındadır”, deyə o bildirib. Kasonanın pyesi adi insanlardan və onların çətin vəziyyətlərdə ləyaqətli davranışlarından bəhs edir. “Serialların hökmranlığı və bütünlükdə televiziyada zövqsüzlük fonunda bu kimi tamaşalar xüsusilə əhəmiyyət kəsb edir”, deyə rejissor qeyd edib. Mətbuat konfransında həmçinin məşhur Azərbaycanlı dirijor Yalçın Adıgözəlov da iştirak edib. O, sözügedən tamaşanın musiqi tərtibatına görə məsuliyyət daşıyır. “Biz tamaşanın musiqili müşaiyəti ilə bağlı bir çox variantlara baxırıq, amma düşünürəm ki, bu, hər-halda ispan musiqisi olacaq, belə ki, ispan musiqisi ruhən bizə çox yaxındır”, deyə Adıgözəlov bildirib.* Roman Qriqoryeviç Viktyuk 28 oktyabr 1936-cı ildə Lvovda (Ukrayna) anadan olub. Məktəbli ikən o, sinif yoldaşlarını və dostlarını cəlb etməklə kiçik tamaşalar qoymağa çalışıb. 1956-cı ildə Moskvada Dövlət Teatr İncəsənəti İnstitutunun aktyorluq fakultəsini bitirib.Viktyukun ilk rejissorluq təcrübəsi M.Qorki adına Lvov GTT-də işi olub. Burada o, bir sıra tamaşalar qoyub. Demək olar ki, ilk vaxtlardan rejissorun pyesləri “qeyri-səciyyəvi” oxumağa meylli olduğu özünü göstərib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır