Bu gün İtaliyanın “Roma” klubunun məşqində şok olay yaşanıb.Qol.Az-ın İtaliyanın Sky Sport telekanalına istinadən verdiyi məlumata görə, klubun və İtaliya futbolunun canlı əfsanələrindən olan Françesko Totti çox ciddi zədə alıb.Zədənin diz nahiyədən olması onun ciddiliyini daha da artırır. Futbolçu yaxın 24 saat ərzində tam olaraq, həkim müayinəsindən keçəcək və yalnız bundan sonra futbolçunun neçə müddət yaşıl meydançalardan uzaq qalacağı məlum olacaq. Ancaq yarımmüdafiəçinin A seriyanın növbəti turunda “Boloniya”ya qarşı matçı buraxacağı dəqiqləşib.